Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub.
Bakupost.az xəbər verir ki, pariyanın bu gün keçirilən 5-ci qurultayında Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputatı Müsavat Dervişoğlu sədr seçilib.
Xatırladaq ki, Meral Akşener “İYİ” Partiyanın sədrliyinə namizədliyini verməməsini bələdiyyə seçkilərindəki uğursuzluqla əlaqələndirib.