Türkiyədə müxalifətdə olan “İYİ” Partiyasının yeni sədri məlum olub.
Publika.az “Haber Global”a istinadən xəbər verir ki, siyasi təşkilatın bu gün keçirilən 5-ci qurultayında Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputatı Müsavat Dervişoğlu sədr seçilib.
Belə ki, dörd namizədin çıxışından sonra səsvermə başlayıb. 1 302 nümayəndədən 1 178-i səs verib. 7 səs etibarsız hesab edilərkən, 1 171 səs etibarlı sayılıb.
Birinci turda mütləq səs çoxluğu əldə olunmadığından seçki ikinci tura keçib. Daha sonra Tolqa Akalın namizədliyini geri götürüb. Müsavat Dervişoğlu 570, Koray Aydın isə 565 səs toplasa da, sədr üçüncü turda müəyyən edilib.