Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.
İdman.biz xəbər verir ki, son oyun günündə bir matç baş tutacaq.
Yeganə qarşılaşma Bakıda təşkil olunacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” “Araz-Naxçıvan”ı qəbul edəcək. Premyer Liqada yerini qoruyan qonaqlar özü üçün formal görüşdə uğursuzluq zolağından çıxmağa, Rəşad Sadıqovun komandası ikinci pilləni qaytarmağa çalışacaq.
Qeyd edək ki, növbəti turun matçları mayın 4-6-da keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXXII tur
29 aprel (bazar ertəsi)
19:00. “Zirə”– “Araz-Naxçıvan”
Baş hakim: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu
1 | Qarabağ | 32 | 23 | 4 | 5 | 85-32 | 73 |
2 | Sumqayıt | 32 | 13 | 11 | 8 | 33-34 | 50 |
3 | Neftçi | 32 | 14 | 8 | 10 | 43-33 | 50 |
4 | Zirə | 31 | 13 | 10 | 8 | 29-19 | 49 |
5 | Sabah | 32 | 14 | 7 | 11 | 46-38 | 49 |
6 | Səbail | 32 | 11 | 9 | 12 | 47-51 | 42 |
7 | Turan Tovuz | 32 | 11 | 9 | 12 | 47-47 | 42 |
8 | Kəpəz | 32 | 9 | 7 | 16 | 37-59 | 34 |
9 | Araz-Naxçıvan | 31 | 8 | 8 | 15 | 28-44 | 32 |
10 | Qəbələ | 32 | 4 | 5 | 23 | 23-61 | 17 |
Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 17 qol, Aleksandr Ramalinqom ("Səbail") - 13 qol, Yassin Benzia ("Qarabağ") - 12 qol, Nəriman Axundzadə ("Qarabağ") - 10 qol
İdman.biz