Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.
İkinci pillənin şərikləri “Sumqayıt” və “Neftçi” səfərdə sınağa çıxacaq. Samir Abasovun komandası “Kəpəz”in qonağı olacaq. Bakı klubu isə “Qarabağ”la Azərbaycan derbisində xal qazanmağa çalışacaq.
Qeyd edək ki, tura mayın 6-da yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXXIII tur
4 may (şənbə)
16:30. “Kəpəz” – “Sumqayıt”
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu
19:30. “Qarabağ” – “Neftçi”
Baş hakim: İnqilab Məmmədov
“Azersun Arena”
1 | Qarabağ | 32 | 23 | 4 | 5 | 85-32 | 73 |
2 | Sumqayıt | 32 | 13 | 11 | 8 | 33-34 | 50 |
3 | Neftçi | 32 | 14 | 8 | 10 | 43-33 | 50 |
4 | Zirə | 32 | 13 | 10 | 9 | 29-20 | 49 |
5 | Sabah | 32 | 14 | 7 | 11 | 46-38 | 49 |
6 | Səbail | 32 | 11 | 9 | 12 | 47-51 | 42 |
7 | Turan Tovuz | 32 | 11 | 9 | 12 | 47-47 | 42 |
8 | Araz-Naxçıvan | 32 | 9 | 8 | 15 | 29-44 | 35 |
9 | Kəpəz | 32 | 9 | 7 | 16 | 37-59 | 34 |
10 | Qəbələ | 32 | 4 | 5 | 23 | 23-61 | 17 |
Bombardir: Olavio Juninyo ("Qarabağ") - 17 qol
İdman.biz