AZ

Gürcüstanın parlament komitəsi “xarici agentlər haqqında” qanun layihəsini qəbul etdi

Təxminən on saat davam edən müzakirədən sonra Gürcüstan Parlamentinin Hüquq Komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qalmaqallı qanun layihəsini ikinci oxunuşda qəbul edib.Bakıvaxtı.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, hakimiyyət 2023-cü ilin martında kütləvi etirazlar zamanı geri götürülmüş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən gündəmə gətirilməsini onunla əsaslandırıb ki, şəffaflıq vədlərinə baxmayaraq, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.Müxalifətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaş fəalları bu qanun layihəsinin Gürcüstanın dost və düşmənlərini kateqoriyalara ayırdığını, ona damğa vurduğunu və Gürcüstanın Aİ-yə inteqrasiyasına mane olduğunu iddia edirlər.Onlar bu qanun layihəsinə “Rusiya qanunu” deyirlər və aprelin 15-dən mitinqlər keçirirlər.

Seçilən
289
50
bakivaxti.az

10Mənbələr