AZ

“BƏY, BAŞQA NƏ VAR, NƏ YOX?...” - İsa Qəmbərin növbəti Müsavat başqanlığı nə vəd edir?

Məşhur Robinzon filmində filmin qəhrəmanı adadakı tənha həyatını maraqlı etmək üçün sahildə, üzü dənizə doğru xəyali bir kinoteatr quraşdırır və bu “kinoteatr”ın ekranında yalnız dəniz görünür. Öz “kinoteatr”ına növbəti “film”ə baxmağa gələn Robinzon xəyali qonşusundan soruşur ki, film nə haqdadır? Sonra özü də məyus-məyus cavab verir - “yenə dəniz haqqında...”

İndi şanlı tarixi keçmişi olan və yeni tariximizin bir zamanlar ən böyük müxalifət partiyası sayılan Müsavat Partiyasının növbəti qurultayı öncəsi İsa Qəmbərin yenidən sədrliyə namizədliyinin verilməsi barədə xəbərlər də eyni mənzərəni xatırladır – Müsavat Partiyası yenə eyni adada eyni filmə baxır...

Azərbaycanda özünü müxalifət adlandıran siyasi düşərgənin bugünkü durumu və bunun fonunda İsa Qəmbərin yenidən Müsavat Partiyasının başına gətirilməsi perspektivinin obyektiv səbəbləri olduğu kimi, subyektiv səbəbləri də var.

Obyektiv səbəblərin başında Azərbaycandakı daxili siyasi mühitin idealdan çox uzaq, müxalif siyasi fəaliyyət üçün yumşaq desək, olduqca çətin və əlverişsiz olması durur. Həmçinin, Qarabağdakı möhtəşəm qələbədən və qüsursuz xarici siyasət nəticəsində Azərbaycanda dünyanın ən ideal, ən şəffaf seçkisi keçiriləcəyi halda belə, ölkədaxili müxalifətin indiki hakimiyyətin qarşısında heç bir ciddi şansı olmayacaq. Digər səbəblərlə yanaşı, həm də buna görə Müsavat başda olmaqla, müxalif partiyalara axın yoxdur, hamı “yerində sayır” və yeni ciddi siyasi fiqurlar demək olar, yetişmir...

Ancaq subyektiv səbəblər də var. Bu, o deməkdir ki, digər partiyalar kimi, Müsavat da ötən dövr ərzində başqa bir nisbətən gənc, enerjili, istedadlı, xarizmalı və s. lider yetişdirə bilməyib. 

Seçilən
161
15
azpolitika.info

10Mənbələr