Bakı. Trend:
Fidan Hacıyevanın birinci Beynəlxalq Opera Festivalıçərçivəsində Rəşid Behbudov Dövlət Mahnı Teatrının səhnəsində "Gəncistedadlar" konserti keçirilib.
Trend xəbər verir ki, konsert proqramında Fidan HacıyevanınVokal Musiqi Məktəbinin, Ramil Qasımovun Bülbül Vokal Məktəbinin,Aybəniz Həşimovanın Sənət Akademiyasının, Milli Konservatoriyanınnəzdindəki İncəsənət Gimnaziyasının, Bülbül adına musiqi məktəbi,Şaroyev adına 35 saylı musiqi məktəbinin şagirdləri iştirakediblər.
Mezzo Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan və dünyaklassiklərinin əsərləri ifa olunub, tamaşaçıların alqışları iləqarşılanıb. İştirakçılar fəxri diplomlarla təltif ediliblər.Gecənin aparıcısı teleaparıcı Saleh Bağırov olub.
Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinintəşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Operavə Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı27 aprel-3 may tarixlərində keçirilir.
Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarındaAzərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdimolunur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az,Turkic.World