Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyasına dair sazişləri alqışlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sərhədin suverenlik və ərazi bütövlüyünə hörmət əsasında delimitasiyası, ziddiyyətlərin sülh yolu ilə həlli, o cümlədən güc tətbiqindən imtina münasibətlərin normallaşdırılması, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün vacibdir.
“Rusiyanın təcavüzkar siyasəti və Rusiyanın Baltikyanı ölkələr, Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiyaya davamlı təhdidləri kontekstində Azərbaycan və Ermənistan arasında dövlətlərarası sərhədin delimitasiyası ilə bağlı razılığın əldə olunması sabitlik üçün əlavə və mühüm amildir”, - XİN qeyd edir.
Nazirlik razılaşmaların “uğurlu praktiki icrasına” ümid etdiyini və Ukraynanın Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olduğuna əmin olduğunu bildirib.
Telegram kanalımız