AZ

Ukrayna Azərbaycan və Ermənistan arasında delimitasiyanı alqışlayır

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmaları alqışlayır.Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat verib.Bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında dövlətlərinin suverenliyinə hörmət, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının tanınması, ziddiyyətlərin sülh yolu ilə həlli, güc tətbiq etməkdən imtina əsasında sərhədin delimitasiyası ölkələr arasında münasibətlərin normallaşması və sabitliyin təmin edilməsi, regionda təhlükəsizlik üçün zəruri şərtdir.

“Biz tərəflərin əldə etdiyi razılaşmaların praktiki olaraq uğurla həyata keçirilməsinə ümid edirik. Ukrayna Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır”, - deyə bəyanatda vurğulanıb.

Seçilən
424
29
metbuat.az

10Mənbələr