AZ

Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Fransa Xarici İşlər Nazirliyinin Tbilisidəki etiraz aksiyaları ilə bağlı bəyanatına cavab verib.

İnterpress.az xəbər verir ki, rəsmi Tbilisi Fransa XİN-i qeyri-obyektivlikdə günahlandırıb.

Bəyanatda qeyd olunub ki, Gürcüstan toplaşmaq və ifadə azadlığının ən yüksək səviyyəsinə malikdir. Lakin müəyyən qruplar hökumət binalarına və hüquq-mühafizə orqanlarına qarşı irimiqyaslı zorakılıqlar həyata keçirib.

“Fransa Xarici İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarının Tbilisidəki kütləvi toplantılara reaksiyası ilə bağlı bəyanatına cavab vermək istərdik. Gürcüstanda sərbəst toplaşmaq və ifadə azadlığı ən yüksək səviyyədə təmin edilir. Beləliklə, siyasi müxalifətə bağlı və xaricdən maliyyələşən zorakı qruplar hökumət binalarına və hüquq-mühafizə orqanlarına qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirsələr də, Gürcüstan hüquq-mühafizə orqanları bir neçə xoşagəlməz hadisə istisna olmaqla, ən yüksək insan haqları standartlarına uyğun hərəkət edib.

Sizi Gürcüstandakı hadisələri yaxından izləməyə dəvət edirik. Bununla belə, bəyanatınızda obyektivlik olmadığı üçün təəssüf edirik”, – Gürcüstan XİN-dən vurğulanıb./Report

Seçilən
52
10
interpress.az

10Mənbələr