AZ

Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciət MTX-yə göndərilib

Ermənistan Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidmətinə sorğu göndərərək baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə bildirib.

“Müraciət sənədlərin, o cümlədən bir sıra əmlak arayışlarının yoxlanılması üçün Milli Təhlükəsizlik Xidmətinə göndərilib, yoxlanışdan sonra cinayət işinin başlanması məsələsi müzakirə olunacaq”,-deyə Karapetyan bildirib.

Bundan əvvəl vəkil Ara Zohrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Ermənistan Baş Prokurorluğuna müraciət edərək Nikol Paşinyanın məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Musavat.com

Seçilən
208
50
musavat.com

10Mənbələr