AZ

Simonyan: Rusiya ilə bağlı sözlərimin arxasındayam

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya haqqında əvvəl dedikləri haqqında danışıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla Simonyan Rusiya Federasiya Şurasının sədrinin irad dolu məktubuna da cavab vermiş olub. 

“Məktub Sarkis Xandanyana (parlamentin Xarici Əlaqələr Komissiyasının rəhbəri - red.) göndərilib və o, çoxdan, bir-iki gün ərzində buna cavab verib. Sadəcə o anda xanım Zaxarovaya hadisəni başqa cür təqdim etmək sərf edib”,-deyə Simonyan bildirib.

Spikerin sözlərinə görə, o, Rusiya tərəfinə nə cavab verildiyindən xəbərdardır, lakin təfərrüatları açıqlamayıb. “Bu barədə danışmayacağam. Bu, mənim işim deyil. Verdiyim ifadələrə, düzgün və yerində dediklərimə görə məsuliyyət daşıyıram”, - deyə Simonyan qeyd edib.

Jurnalistlərdən biri Alen Simonyandan  kimin adından Rusiyanı tənqid edən bəyanatlar verdiyini soruşub. Erməni spikerin bu suala təpkisi sərt olub: “Necə yəni, kimin adından? Mən birbaşa mandatla seçilən insanlardan biriyəm, onun da adından bəyanat vermişəm. Əgər bəzi ölkələrdə hakimiyyət xalqı təmsil etmirsə, bu, onların problemidir, burada iqtidar və müxalifət xalqı təmsil edir”.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bu yaxınlarda Alen Simonyanın “anti-Rusiya” bəyanatları ilə bağlı Ermənistan parlamentinə məktub göndərilməsi barədə göstəriş verib.


Musavat.com

Seçilən
229
50
musavat.com

10Mənbələr