AZ

AİB yeni davamlı iqlim kreditləşdirmə səviyyələri üçün plan hazırlayır

Tbilisi. Trend:

AİB iqlim dəyişikliyi kreditləşməsinin yeni davamlı səviyyəsinənail olmaq üçün plan hazırlayır.

Trend-in məlumatına görə, bu barədə AİB-in sənaye və mövzularüzrə vitse-prezidenti Fatimə Yasmin AİB-in Tbilisidə keçirilənillik toplantısı çərçivəsində "Transformasiyanı təmin etmək üçüniqlim dəyişikliyi ilə mübarizədə nəticələrin əldə edilməsi"mövzusunda panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, AİB likvidliyə dəstək, yardımındavamlılığı, DİM-lərin təşviqi, özəl investisiyalarınasanlaşdırılması, maliyyə institutlarının ədalətli idarə edilməsi,ticarət vasitəsilə yaşıl və ədalətli keçid kimi sahələrə diqqətyetirir.

"AİB inkişaf etməkdə olan üzv ölkələrimizi daha sürətli və fəalşəkildə dəstəkləmək üçün yeni əməliyyat modelini özündə əks etdirənhərtərəfli islahat yol xəritəsi hazırlayıb. 2023-cü ildə tətbiqetməyə başladığımız yeni əməliyyat modelimiz iqlim dəyişikliyi vəözəl sektorun inkişafını iki əsas dəyişiklik kimi vurğulamağa imkanverir.

AİB daha səmərəli və öz üzvlərinə daha həssas olacaq. İqlimdəyişikliyi ilə bağlı dəyişiklikləri həyata keçirmək üçün bizAİB-in 2023-2030-cu illər üzrə İqlim Fəaliyyət Planını təqdim etdikki, bu da iqlimlə bağlı regional fəaliyyətin sürətləndirilməsinə vətəkmilləşdirilmiş iqlim nəticələrinə nail olunmasına köməkedir.

İcazə verin, AİB-in İqlim Fəaliyyət Planında müəyyən edilmiştədbirlərimizdən bir neçə nümunəni sizinlə bölüşüm. AİB borcunrestrukturizasiyasında ölkələri dəstəkləməklə, ölkələrin iqlimfəaliyyətinə dəstək vermək üçün maliyyə imkanlarını artırır.

İndi biz inkişaf etməkdə olan üzv ölkələrimizin ehtiyaclarınıödəməklə yüksək keyfiyyətli dəstək vasitəsilə kreditləşmənin yenidavamlı səviyyəsinə nail olmaq üçün plan hazırlayırıq”, - deyəFatimə Yasmin bildirib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB)İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantınınrəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxriqonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

Seçilən
292
50
az.trend.az

10Mənbələr