Bu gün Misli Premyer Liqasında 33-cü tura yekun vurulacaq.
Son oyun günündə bir görüş keçiriləcək.
"Səbail" öz mydanında "Qəbələ"ni qəbul edəcək. Bu görüş ötən tur mövsümü sonuncu yerdə tamamlayacağı rəsmiləşən "Qəbələ" üçün formal xarakter daşıyır. 6-cı pillədə qərarlaşan "Səbail" isə uxarı pillələr üçün iddiasını davam etdirir.
6 may
Misli Premyer Liqası, 33-cü tur
19:00. “Səbail” – “Qəbələ"
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə
ASCO Arena
5 may
“Araz Naxçıvan” – “Sabah” - 0:1
“Turan Tovuz” – “Zirə” - 1:2
4 may
“Qarabağ” – “Neftçi” - 5:0
“Kəpəz” – “Sumqayıt” - 1:1