AZ

Bu gün Azərbaycan Kubokuna yekün vurulacaq

Yazını böyüt
Yazını kiçilt

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünə yekun vurulacaq.

 
Hafta.az xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan" və "Baku Fire" üz-üzə gələcək.
 
Saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək qarşılaşmanı FIFA referiləri idarə edəcək. "Araz-Naxçıvan" Yüksək Liqanın qızıl, "Baku Fire" isə gümüş medalçısıdır.
 
Azərbaycan Kuboku
 
Final
 
7 may
 
14.00. Araz-Naxçıvan – Baku Fire
 
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı
 
Qeyd edək ki, ümumilikdə indiyə qədər 11 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/1995, 1995/1996, 2009/2010, 2012/2013, 2013/2014, 2016/2017, 2021/2022 mövsümü) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 5 dəfə (2004/2005, 2005/2006, 2006/2007, 2007/2008, 2008/2009 mövsümü) bu mükafata sahib olub.
 
EKOL 4 (2010/2011, 2011/2012, 2015/2016, 2018/2019 mövsümü), “Avtomobilçi” (1996/2097, 1997/2098 mövsümü), “Azərneftyanacaq” (1999/2000, 2000/2001 mövsümü) və “Gömrükçü” (2001/2002, 2002/2003 mövsümü) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələniblər. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/1999, “Turan AİR” 2003/2004, “Fənər” FK 2014/2015, “Marafon Futsal” 2017/2018 və “Baku Fire” 2022/2023 mövsümündə kuboku qazanıb.
 
Azərbaycan Kubokunun 2019/2020 mövsümü koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb. 2020/2021 mövsümü isə analoji səbəbdən, ümumiyyətlə, keçirilməyib.
Seçilən
184
17
hafta.az

10Mənbələr