AZ

"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya

"Bu, qanlı və mənasız müharibədir, Putindən başqa heç kimə lazım deyil..."
 
"Putin hakimiyyətdə qaldıqca ölkəmizdə nə sülh, nə inkişaf, nə də azadlıq olacaq..."
 
Aleksey Navalnının dul qadını Putinin inauqurasiya günündə rusiyalılara müraciət edib
 
Rusiya müxalifətinin qətlə yetirilən lideri Aleksey Navalnının dul qadını beşinci dəfə prezidentlik müddətinə qədəm qoyan Vladimir Putinin inauqurasiya günündə videomüraciət yayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "newtimes.ru" nəşri məlumat yayıb.
 
"Baxın, Putinin əvvəlki müddəti yaddaşınızda nə ilə qalıb? Əlbəttə, başladığı müharibə ilə. O, bunu necə istəyir adlandıra bilər, lakin insanları aldadaraq cəbhəyə göndərmək olmaz", - o, deyib.
 
"Biz heç cəbhədə nə qədər adamın həlak olmasını belə bilmirik. Putin itkilərin gerçək rəqəmlərini açıqlamağa qorxur. Bu, qanlı və mənasız müharibədir və Putindən başqa heç kimə lazım deyil. Putin altı il öncə öz nitqində bu barədə deybmi? Deməyib", - o, vurğulayıb.
 
Yuliya Navalnaya Putinin vədlərindən, o cümlədən "sahibkarlar, alimlər, yaradıcı zəhmət adamları, fəal və laqeyd olmayan vətəndaşlar üçün azad məkanın" yaradılması vədini xatırladıb.
 
Onun sözlərinə görə, indi Rusiyada "bir neçə yüz" siyasi məhbus var, hər gün yeni cinayət işləri açılır, dövlət isə getdikcə öz vətəndaşlarının özəl həyatına daha çox müdaxilə edir.
 
"Şəxsən mənim üçün Putinin altı ili vicdanlı və cəsur insan, Rusiyanın əsl vətənpərvəri ərim Aleksey Navalnının kimyəvi silahla təhdid edilən, məhkum olunan, üç il həbsxanada işgəncə verilən, sonra da qətlə yetirilən illəridir. Bunu da Putin edib", - o, deyib.
 
"Onun vədləri boş şeydir, onlar yalandır. Bu, artıq 25 ildir davam edir. Bu dəfə də belə olacaq. Onun hər bir yeni müddəti daha da pis olur. Putin hakimiyyətdə qaldıqca daha nələrin baş verəcəyini təsəvvür etmək dəhşətlidir.
 
Onunla ölkəmizdə nə sülh, nə inkişaf, nə də azadlıq olacaq. Putin rejiminin təməli yalan və korrupsiyadır, - Yuliya Navalnaya qeyd edib. - Nə qədər ki, bu, davam edəcək, biz mübarizəmizi dayandıra bilmərik".
 
Öz müraciətinin sonunda Navalnaya bəyan edib ki, elə etmək lazımdır ki, Putinə "dünyada heç kim-nə Rusiyada, nə də onun hüdudlarından kənarda heç kim inanmasın".
 
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir. Lakin buna mütləq son qoyulacaq", - o, əmin edib.
Seçilən
203
50
moderator.az

10Mənbələr