Çin zooparkında ziyarətçiləri məyus etməmək üçün pandaya oxşayan Chow-chow itləri ilə bağlı qalmaqal yaşanıb. Belə ki, Taizhou zooparkında (Tszyansu əyaləti) pandalar adı ilə insanlara itlər təqdim olunub.
Sfera.az bildirir ki, Chow-chow itləri hər gün səhər saat 8-dən axşam 5-ə qədər bir qəfəsə yerləşdirilib və gələn ziyarətçilərə panda adı ilə göstərilib.
İşçilər daha çox pandalara bənzəmələri üçün itlərə yem əvəzinə bambuk verib, tüklərini kəsdirib və üzlərini qara rəngə boyayıblar.
“Panda itlər” hər gün səhər saat 8-dən axşam saat 5-ə kimi qəfəsə qoyularaq həvəsli ictimaiyyətə nümayiş etdirilib. Qurumun nümayəndəsi bu aldatmanı: “Bizim panda ayılarımız yoxdur, ona görə də bu problemi birtəhər həll etməli olduq”- deyə izah edib.
Bir çox ziyarətçi zooparkı heyvanlara qarşı qəddarlıqda günahlandırsa da, işçilər boyanın heyvanlara zərər verməməsində israr edirlər.
"İnsanlar saçlarını da boyayırlar, bir çox hallarda, təbii boyadan da istifadə edilə bilər"- deyə sözçü izah edib.
Sosial şəbəkə istifadəçiləri isə bu hekayəyə gülürlər:
“Çinlilərin bunu düşünməsinə niyəsə görə təəccüblənmirəm”- deyə istifadəçilərin əksəri yazıb.
Çenduda (Siçuan əyaləti) ev heyvanları mağazasının sahibi Hsin Çen isə bu hadisəyə yumorla cavab verib.
"10 il əvvəl çinlilərin təbii instinkti it yemək idi. İndi qərblilər olaraq itlərlə yoldaşlıq etmək istəyirik. Fransız buldoqları və labradorlar getdi, indi də panda itləri sevimli cinslərimizə çevrildi".
Aysel
Sfera.az