AZ

Bakıda gəlinliklərin qiyməti 5 min manata kimi qalxdı

Toy iki nəfərin xoş gününü qeyd etməsi üçün, evlilik yolunda atılan addımlardan biridir.

Lakin Azərbaycanda toy xərcləri hər zaman tərəflərin cibinə uyğun olmur və bir toya hazırlaşmaq üçün illərlə pul yığılır, kredit götürülür, toydan sonra isə ömür bu krediti ödəməklə keçir. Cehiz, restoran kimi xərclər bir yana, bu gün gəlinliklərin qiyməti də “od tutub yanır”.

“Cebhe.info” bir çox gəlinlik məkanındakı qiymətlərlə maraqlanıb.

Bu gün gəlinlik məkanlarında ən ucuz gəlinliyin kirayəsi 350, satışı 1500 manatdan başlayır. Bu isə dəfələrlə geyinilən gəlinlik qiymətləridir. Təkrar istifadə edilməyən gəlinlikləri isə ən aşağı 550 manata tapmaq mümkündür.

Bəzi yerlərdə gəlinliklərin kirayəsi isə 1500 manatdan başlayıb 5 000 manatadək davam edir. Bu cür gəlinlik yerlərində kirayə qiymətlərilə yanaşı, satış qiymətləri də olduqda yüksəkdir.

Bəzi gəlinlik mağazalarında gəlinin bəzədilməsi, tac da hədiyyə olunur. Bu yerlərdə isə ümumi qiymət 650-700 manatdan başlayır. Bu qiymətlər də sözsüz ki, hər kəsin cibinə uyğun deyil və bugünkü minimum əməkhaqqının azı iki mislini belə ötüb keçir. Nisbətən münasib hesab edilən gəlinlik mağazalarının qiymətini də təqdim edirik:

“Sadə gəlinlik” mağazasında gəlinliklərin kirayəsi 350, satışı 1500 manatdan başlayır.

“Orxideya”da kampaniya daxili qiymətlər 600 manatdan başlayıb 1500 manata qədər davam edir. Saç, makiyaj və tac bura daxildir.

Seçilən
348
50
yenicag.az

10Mənbələr