AZ

Təhlükəyə çevrilən Cavanşir körpüsü SÖKÜLÜR – VİDEOREPORTAJ 

Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsü sökülə bilər. 

Bizim.Media xəbər verir ki, “Qaqarin” körpüsü kimi tanıdığımız Cavanşir körpüsü 1962-ci ildə istifadəyə verilib, konstruksiyası isə həmin dövrdə mövcud olan nəqliyyat axınına hesablanıb.

Zamanla nəqliyyatın intensivliyinin dəfələrlə artması nəticəsində isə körpüdə müəyyən problemlər yaranıb.
 


Keçirilmiş müayinələr zamanı yolötürücüsünün aşırım qurğularının tirlərində, rigellərdə, dayaqlarda korroziya meydana gəlməsi, qopmaların, dağılmaların olması, bəzi yerlərdə armaturların üzə çıxaraq dəmir-beton konstruksiyaların bütövlüyünün pozulması halları və polad dayaq yastıqlarında korroziya ilə yanaşı yerdəyişmələrin də olduğu müəyyən edilib.

Aparılan sınaqlar nəticəsində məlum olub ki, 32 tonluq yük maşınlarının hərəkəti zamanı aşırım qurğusundakı əyilmə normadan artıqdır. Bu isə qəza riskini artırır.














Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

Seçilən
400
50
bizim.media

10Mənbələr