AZ

“Zəngəzur dəhlizinə” “yaşıl işıq” yandıran körpü –32 il əvvəl Naxçıvanda "Ümid körpüsü"nün açılışından FOTOLAR

32 il əvvəl Azərbaycan-Türkiyə sərhədində, Naxçıvanda açılışı olmuş “Ümid körpüsü” ilə bağlı maraqlı fotolar paylaşılıb. 

Azpost.info bildirir ki, fotoları Anadolu Ajansının arxivindən araşdırmaçı Dilqəm Əhməd əldə edib.

“Ümid körpüsü” 28 may 1992-ci ildə istifadəyə verilib. Azərbaycan-Türkiyə sərhədində Araz çayı üzərində uzunluğu 286 metr olan olan bu körüp Zəngəzur dəhlizinin qarşısında “yaşıl işıq” yandıran yol sayılır.

Körpü Türkiyənin Dilucu və Azərbaycanın Sədərək sərhəd keçid məntəqələrini birləşdirir. Tikintisi 1991–1992-ci illərdə aparılmış və 28 may 1992-ci ildə istifadəyə verilib.

Körpü 1990-cı illərin əvvəllərində Naxçıvanın nəqliyyat blokadasının ləğvində müstəsna rolu olub.

1992-ci il may ayının 28-də, Araz çayı üzərində “Ümid körpüsu”nün açılışında iştirak etmək üçün Türkiyənin Baş naziri Süleyman Dəmirəlin başçılığı ilə 60 millət vəkili və 40-dan çox nüfuzlu KİV nümayəndələri Naxçıvana gəlib.

Naxçıvanda onu Ali Məclisin sədri olan Heydər Əliyev qarşılayıb.

Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl Naxçıvan Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək demişdi: “Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olub və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik”.

Körpünün açılış mərasimində çıxış edən Heydər Əliyev deyib: “Bu gün bu qocaman Araz çayı üzərində, qədim türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə ilə Azərbaycan arasında “Ümid” körpüsü, “Həsrət” körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilmişdir”.

Körpünün açılışında Azərbaycanda prezident səlahiyyətlərini icra edən, Milli Məclisin sədri İsa Qəmbər iştirak edib.

1992-ci ilin may ayında Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə yenicə gəlmişdi. Sabiq prezident Ayaz Mütəllibov devrilərək ölkəni tərk etmişdi. Ölkədə iyunun 7-nə prezident seçisi təyin edilmişdi.

 

Seçilən
278
50
azpost.info

10Mənbələr