Bakı. Trend:
Mayın 10-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni AzərbaycanPartiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı iləUlu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsrolunan “Əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adınıdaşıyan parka gələrək abidəsi önünə qızıl gül dəstələri düzüb, əzizxatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sonra YAP Xətai rayon təşkilatında davam edən tədbirdə müasirmüstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevinvə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətənövladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindənbəhs edən videoçarx nümayiş olunub.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevvurğulayıb ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərininbir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinənunikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycandövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevinözünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütünsahələrdə özünü məhz lider kimi təsdiq etmişdir. Dahi şəxsiyyətbildirmişdir ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədənyaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərinbütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunanqərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasixətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə,irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Məhz ÜmummilliLiderin düzgün müəyyənləşdirdiyi siyasət Azərbaycanı bütüntəhlükələrdən və faciələrdən xilas etdi, bugünümüz üçün möhkəmtəməl formalaşdırdı.
Rafiq Quluyev bildirib ki, müstəqilliyimizin bərpasının ilkillətində Azərbaycanın hansı problemlərlə və faciələrlə üz-üzəqaldığı məlumdur. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasisavadsızlığı, şəxsi ambisiyalarını dövlət maraqlarından üstüntutmaları ucbatından müstəqilliyimizi itirmək təhlükəsini yaşadıq.Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıbgedirdi. Torpaqlarımızın işğalı xalqımızın sabaha ümidini itirirdi.Belə bir çətin günlərdə dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidlitələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdışın ölkəmizin qarşısındahansı imkanları açdığını bugünkü reallığımızda aydın şəkildəgörürük. Ümummilli Lider müstəqilliyimizi daimi və sarsılmazetdi.
İcra Hakimiyyətinin başçısı onu da qeyd etdi ki, məhz bu möhkəmtəməl üzərində ucalan müasir müstəqil Azərbaycan davamlı uğurlarıilə dünyanın diqqətindədir. 2003-cü ildən dövlət başçısı İlhamƏliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərəkAzərbaycanı tarixi Zəfərinə qovuşdurdu. İşğal altında olantorpaqlarımız azad edildi, Azərbaycan Bayrağı bu torpaqlardaucaldıldı. 2023-cü ildə suverenliyimiz tam bərpa edildi.Suverenliyimizin bərpası ilə Azərbaycanın həyatında yeni mərhələbaşladı.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışındabildirib ki, xalqımız dövlətçilik salnaməmizdə silinməz izlərqoymuş, daim azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur vəiftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinihəmişə uca tutur və minnətdarlıqla yad edir. Ümummilli Liderinanadan olmasının 101-ci ildönümü ölkəmizdə və onun hüdudlarındankənarda təntənə ilə qeyd edilir, misilsiz xidmətləri təhlil olunurvə bu fikir xüsusi vurğulanır ki, dahi şəxsiyyət Heydər Əliyevbütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. O,azərbaycançılıq ideologiyasının əsasını qoydu. Onun hakimiyyətininistər birinci, istərsə də ikinci dövründə azərbaycançılığıninkişafı və təbliği prioritet məsələlər sırasında idi. 1969-1982-ciillərdə milli ruhun yüksəlişini təmin etdi, xalqın yaddaşını özünəqaytardı, milli dövlətçilik ideyasının gələcəkdə böyükhərəkətverici qüvvəyə çevrilməsi üçün zəmin yaratdı. Ulu Öndərin1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışındansonra əsas çağırış harada yaşamasından asılı olmayaraq bütün dünyaazərbaycanlılarının bir amal-azərbaycançılıq ideologiyası ətrafındasıx birləşməsi oldu. Bildirildi ki, Vətən biridir, hamımız bu Vətənüçün çalışmalıyıq. Ulu Öndərin hər bir addımının, çağırışınınəsasında xalq, dövlət, Vətən sevgisi dayanırdı. Onun “Mən həmişəfəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”çağırışı Vətən sevgisini ortaya qoymaqla yanaşı, hər birazərbaycanılya Vətəni sevmək çağırışı idi. Böyük qürur hissi iləqeyd edirik ki, Ulu Öndər hər kəsə Vətəni sevməyi öyrətdi.
Vüqar Rəhimzadə vurğulayıb ki, illər keçdikcə Ümummilli Liderinxidmətlərinin miqyasının nə qədər böyük olduğu daha aydın görünür.1993-cü ildən başlanan yol Azərbaycana hər bir sahədə davamlıuğurlar qazandırdı, ən yüksək zirvələri fəth etməsini təmin etdi və2020-ci ildə tarixi Zəfərə, 2023-cü ildə isə suverenliyimizin tambərpa edilməsinə imza atmasını şərtləndirdi. Bütün bu uğurlara yolaçan dahi şəxsiyyətin xilaskarlıq missiyası oldu. Ölkəmizimüstəqilliyini itirmək təhlükəsindən xilas edən Ulu Öndər HeydərƏliyev Azərbaycanın dünyaya Günəş kimi doğmasını reallığa çevirdi.2003-cü ildən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsibugünkü reallıqlarımızda, Zəfərlərimizdə öz aydın ifadəsini tapır.Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, cənabİlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazibütövlüyünü və suverenliyini bərpa etdi.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelinçıxışında Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrindən bəhsedib. Bildirib ki, görkəmli siyasi və dövlət xadimi Azərbaycan KPMK-nın birinci katibi, daha sonra Sov.İKP MK Siyasi Bürosununüzvlüyünə namizəd olduğu dövrdə onunla işləmək xoşbəxtliyinə nailolmuşam. Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsindəAzərbaycan çox qısa müddətdə postsovet məkanında iqtisadi baxımdanqabaqcıl mövqelərə çıxdı. Həmin illər Azərbaycanın quruculuqsalnaməsinin ən parlaq səhifələridir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı PərvinKərimzadə bildirib ki, Heydər Əliyevin ideyaları Azərbaycanınuğurlu gələcəyinin əsasıdır. Ulu Öndərin xalqımız qarşısındaxidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zamantədqiqatlar mövzusu olacaq.
Ümummilli Liderin təhsilin inkişafı istiqamətində atdığıaddımlardan geniş bəhs edən natiq bildirib ki, Ulu Öndər HeydərƏliyevin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanıngələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biriazərbaycanlı gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərindətəhsil almağa göndərməsi idi. Ümummilli Lider bu addımı ilə dəyərlitəhsil ənənəsinin əsasını qoydu. Bu yolla Azərbaycanımızın elmi vəkadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvidəyərlərinin təbliği də həyata keçirilirdi. Ümummilli Liderin1993-cü ildə xalqın təkidli tələbi ilə müstəqil Azərbaycandahakimiyyətə qayıdışından sonra təhsilin prioritetliyi atılanaddımların miqyasında özünü göstərdi. Təhsili millətin gələcəyikimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev təhsil sistemininmaddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində mühümaddımlar atdı. Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmişölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyatakeçirilməsi üçün misilsiz işlər görüb.
Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davametdirən Prezident İlham Əliyevin bu sahənin inkişafına yönələnaddımları təhsil sisteminin göstəricilərində özünün aydın ifadəsinitapır. Heydər Əliyev Fondunun təhsilin inkişafına yönələnlayihələri də təqdirəlayiqdir. Fondun “Yeniləşən Azərbaycana yeniməktəb” layihəsi hazırda uğurla həyata keçirilir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləti İnstitutunun başdirektoru, akademik Vaqif Abbasov bildirib ki, Ulu Öndər HeydərƏliyev xalqını müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Dünyatarixinin təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyalarıcəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bubaxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasiiradəsi inkişaf strategiyasının xüsusiyyətlərini şərtləndirir, ənçətin məqamlarda düzgün seçimlər etməyə geniş imkanlar yaradır.Ümummilli Lider Heydər Əliyevin yaratdığı dövlətçilik fəlsəfəsi hərgün bizimlə qoşa, bizdən öndə addımlayır, yaşayır. Hər birazərbaycanlı böyük qürur hissi ilə bildirir ki, nə qədər ki,müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, HeydərƏliyev ürəklərdə yaşayacaq. Azərbaycanın hər bir uğuru HeydərƏliyev siyasətinin təntənəsidir. Bu siyasi kursun son 20 ildənartıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davametdirilməsi Azərbaycanı Zəfərdən Zəfərə aparır. Cənab İlham Əliyev2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraqprezident seçildikdən sonra andiçmə mərasimində Ulu Öndər HeydərƏliyevə bu müraciəti etmişdir ki, əsəriniz olan Azərbaycanı daha dazənginləşdirəcəyik, yeni-yeni zəfərlərə doğru aparacağıq. Son 20ilin uğurları hər bir vədin reallığa çevrildiyinin təsdiqidir.
Şəhid mayor Rüfət Əsgərovun atası, Xətai Rayon AğsaqqallarŞurasının sədri Mürvət Əsgərov çıxışında qeyd edib ki, bu günmöhkəm təməl üzərində qurulan müasir müstəqil Azərbaycan ən yüksəkzirvələri fəth edir. Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü vəsuverenliyini tam olaraq bərpa edən ölkəmiz yeni qələbələrə doğruinamla irəliləyir. Dünya Azərbaycan xalqının yenilməzliyinin,məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxmasının, torpaq,Vətən sevgisinin bir daha şahidinə çevrildi.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ciildönümü ilə bağlı Xətai rayon ümumtəhsil məktəblərinin yuxarısinif şagirdləri arasında keçirilən “Əbədiyaşar Lider” mövzusundainşa yazı müsabiqəsinin, rayon gəncləri arasında baş tutanminifutbol və şahmat üzrə blitz turnirlərinin qalibləri və Dövlətİmtahan Mərkəzinin 3 mart 2024-cü il tarixində keçirdiyi buraxılışimtahanında 300 bal toplayaraq ən yüksək nəticə göstərən 257 saylıtam orta məktəbin şagirdi Fidan Rüstəmli mükafatlandırılıb. YeniAzərbaycan Partiyasının sıralarına yeni qəbul olunanlara partiyanınüzvlük vəsiqəsi təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirəşəkli çəkdirilib.