AZ

"Qarabağ" "Zirə"yə qalib gəldi

Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir görüşü keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edib.

Zirə Olimpiya Komleksinin stadionunda baş tutan matçda qonaqlar minimal hesabla qalib gəliblər - 1:0.

Yeganə qolu 34-cü dəqiqədə penaltidən Olavio Juninyo vurub. "Qarabağ" 79 xalla birinci, "Zirə" 52 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk oyununda "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.

Qeyd edək ki, turun son iki görüşü mayın 12-də keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
342
36
qaynarinfo.az

10Mənbələr