AZ

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Zirə”yə qalib gəlib

Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir görüşü keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edib.

Zirə Olimpiya Komleksinin stadionunda baş tutan matçda qonaqlar minimal hesabla qalib gəliblər - 1:0.

Yeganə qolu 34-cü dəqiqədə penaltidən Olavio Juninyo vurub. "Qarabağ" 79 xalla birinci, "Zirə" 52 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk oyununda "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. Dünən isə turun açılış matçında "Neftçi" 5:1 hesabı ilə "Kəpəz"ə qalib gəlib.

Qeyd edək ki, turun son iki görüşü mayın 12-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
373
36
operativmm.az

10Mənbələr