Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, çempion "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qolu Ağdam təmsilçisinin hücumçusu Olavio Juninyo vurub. Braziliyalı forvard penaltini dəqiq yerinə yetirib. Bu qələbə ilə xallarını 79-a çatdıran "Qarabağ" liderliyini bir qədər də möhkəmlədib. 52 xalı olan "Zirə" isə 3-cü pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Kəpəz"i 5:1, "Turan Tovuz" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Tura mayın 12-də keçiriləcək 2 görüşlə yekun vurulacaq.