Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.
Modern.az xəbər verir ki, çempion "Qarabağ" bu mövsüm heç bir iddiası qalmayan "Turan Tovuz"u qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşan görüş Ağdam təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 19-cu dəqiqədə Olavio Juninyo açıb. Emmanuel Hakman 47-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. Luis Paçu 53-cü dəqiqədə Tovuz klubunu önə keçirib. Leandro Andrade 69-cu dəqiqədə "köhlən atlar"ın ikinci qoluna imza atıb. 75-ci dəqiqədə Mateus Silva "köhlən atlar"ı yenidən hesabda önə çıxarıb. 10 dəqiqə sonra Emmanuel Hakman dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 90-cu dəqiqədə özünün ikinci qoluna imza atan Leandro Anrade müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 82-yə çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Turan Tovuz" isə 45 xalla altıncı pillədə qalıb.
Qeyd edək ki, turun digər oyunları mayın 17-18-də keçiriləcək.