AZ

Naxçıvan Dövlət Filarmoniyası Türkiyədə konsert proqramı ilə çıxış edib - FOTO

Azərbaycan Respublikasının Qars şəhərindəki baş konsulluğunun dəstəyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Türkiyənin Ordu şəhərində “İki dövlət, bir millət” adlı konserti baş tutub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci, Azərbaycanın müstəqilliyini dünyaya bəyan etməsinin 106-cı ildönümlərinə həsr olunan konsert proqramı Ordu Mədəniyyət Sənət Mərkəzində təşkil edilib.

Konsertdən əvvəl ölkəmizin Qars şəhərindəki baş konsullu Nuru Quliyev və Milli Məclisin deputatı Cəbi Quliyevin çıxış ediblər.

Musiqili gecədə Müslüm Maqomayevin “Azərbaycan”, Fikrət Əmirovun “Reyhan”, Aytən Alpmanın “Məmləkətim”, Üzeyir Hacıbəyovun “Çırpınırdın, Qaradəniz”, Emin Sabitoğlunun “Həyat bizimdir”, Elza İbrahimovanın “Ey Vətən”, Xanım İsmayılqızının “Dahi”, Kamalın “Xalq Heydər deyəcək”, Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə”, Ramiz Mirişlinin “Səadət” mahnıları, eləcə də xalq mahnıları və xarici ölkə bəstəkarlarının əsərləri ifa edilib.

Filarmoniyanın solistləri Emin Hüseynov, Nərmin Hüseynova, Bəhruz Quliyev, Əfsanə Babayeva tərəfindən səsləndirilən əsərlər qardaş ölkənin sənətsevərləri tərəfindən alqışlarla qarşılanıb.

Seçilən
218
18
tehsil.biz

10Mənbələr