AZ

Baş Prokurorluq Əhmədlə bağlı məlumat yaydı

Cari il fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Cinayət işi üzrə toplanmış sübutlar, o cümlədən ilkin və təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyləri nəzərə alınaraq təqsirləndirilən şəxs Ə.Əhmədovun cəmiyyət üçün təhlükəli olması müəyyən edildiyindən onun barəsində Xətai rayon prokurorluğunda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul olunub.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
277
18
yenisabah.az

10Mənbələr