Kartof qabığını atdığımız tərəvəzlərdən biridir. Ancaq mütəxəssislər bir çox tərəvəz kimi kartofun da qabığının çox faydalı olduğunu bildirirlər.
Publika.az xəbər verir ki, C vitamini ilə zəngin olan kartof qabığı çağımızın problemlərindən olan saç ağarması və immunitet zəifliyi ilə mübarizə aparır. Onun dəri üçün də müxtəlif faydaları var.
Kartof qabığında C vitamini, maqnezium, mis, sink, fosfor, kalsium və B vitamini var. Güclü antioksidant olan kartof qabığı bir çox problemi həll edir.
Kartof qabığının faydaları:
- Ürəyi qoruyur.
- Qara nöqtələri azaldır.
- Yaraları tez sağaldır.
- Ləkələri aradan qaldırır.
- Xərçəngdən qoruyur
- İmmuniteti gücləndirir.
- Xolesterolu azaldır.