AZ

Mütəxəssislər izah edir: Sağlam ürək üçün bu meyvələrdən istifadə edilməli

Bakı, 14 may, AZƏRTAC

Kardioloqlar ürək sağlamlığı üçün yeyilməli olan ən yaxşı meyvələr haqda məsləhət veriblər.

AZƏRTAC xarici mediaya istinadla həkimlərin vacib və əhəmiyyətli məsləhətlərini təqdim edir.

ABŞ-ın Florida ştatındakı “Orlando Health”də çalışan kardioloq Deepak Vivek meyvələrin qan təzyiqi və aterosklerozun azalması kimi faydaları təmin etdiyini bildirib. Qeyd edib ki, giləmeyvələr - ümumi ölüm səbəbi olan insult və ürək xəstəliyi riskini azalda bilən vitaminlər və antioksidantlarla zəngindir. Alma yaxşı bir antioksidan, lif, C vitamini, kalium mənbəyidir, aşağı glisemik indeksə malikdir və diabet riskini azaltmağa kömək edir. Bu meyvə idman üçün lazım olan enerji ilə təmin edir və əzələ kramplarının qarşısını alır.

Tennessi ştatındakı “Methodist Le Bonheur Healthcare”də çalışan kardioloq Sushant Khaire bananın pəhriz lifi, C vitamini, B6 vitamini, kalium, maqnezium və antioksidantlarla zəngin olduğunu bildirib. Vurğulayıb ki, pəhriz lifi həzmə kömək edir, C vitamini immunitet sistemini gücləndirir, B6 vitamini isə beyin və sinirlərin inkişafı üçün vacibdir.

Hempsteaddakı Zucker Tibb Məktəbinin kardiologiya professoru Cennifer Mieres bildirib ki, tez-tez alma, armud və ya albalı kimi lifli meyvələr yeyilməlidir. Diqqətə çatdırıb ki, bu meyvələr ürək xəstəliklərindən qorunmağa kömək edir.

Manhettenli kardioloq Satjit Bhusri, duzsuz qoz-fındıq və quru meyvələrin ən çox sevilən qəlyanaltı olduğunu bildirib. Qeyd edib ki, qaragilə, moruq, açai və qoji kimi giləmeyvə ən yüksək səviyyədə antioksidantlara malikdir və ürəyi qorumaq üçün ən yaxşı meyvələr hesab olunur.

Seçilən
309
50
azertag.az

10Mənbələr