Rusiya ordusunun Xarkovda irəliləməsi Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımın davam etdirilməsinin zəruri olduğunu göstərir.
"Ölkə.az" xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə naziri Qrant Şepps deyib.
O bildirib ki, hazırda Xarkov istiqamətində Ukrayna silahlı bölmələri üçün ölümcül vəziyyət yoxdur:
"Hələlik vəziyyəti ümidsiz hesab etmək olmaz".