Hamımız bildiyi kimi Azərbaycan milli öhdəliklər götürüb. BMT ətraf mühitin konvensiyanın tərkibində 2030-a qədər 35% emmisiya azaltmalıdır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin Hidrogen və Yaşıl Texnologiyalar Departamentinin rəhbəri Rəna Hümbətova “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, 2050-ci ilə qədər isə emissiyaların 40%-ə qədər endiirmək hədəflənib. Bərpa olunan enerji layihələri 100-ə yaıxn layihə həyata keçirilib. İnvestisiyalarln dəstəyi ilə bu layihələri həyata keçiririk.
Enerji sahəsinin liberallaşdırılması üçün qnaunveciilikdə dəyişiklik edilməsi, bio enerji mənbələrinin istifadəsi, külək potensialının istifadə edilməsi, yaşıl texnologiyaların tətbiqi, elektrik avtomobilllərinin istifadəsi, emissiyaların azaldılmasl nəzərdə tutulur. Dünya Bankı ilə əlaqələr quraraq enerji saxlanması işi üzrə birgə çalışırıq. Qarabağda həyata keçirəcəyimiz planlar var. Su resursları olduğu üçün orda kiçik su elektrik stansiyası yaradılması nəzərdə tutulub. Bir çox SES artıq istifadəyə verilib. Bu il və gələn ölkədə bur çox SES istifadəyə veriləcək.
İki qanun bərpa olunan enerji mənbələrindən istifadə haqqında qanun və fəal istehlakçılara dəstək. Biz qanunvericiliyimizi Avropa qanunvericiiyinə uyğunlaşdırılmasına çalışırıq. Bərpa olunan enerji haqqında da qanunvericiliy də dəyişikliklər edilib. 2021-ci ildə sənəd qəbul edilib.
Bizim agentlik tərəfindən yaşıl sertifikatlar verilir. Biz agentlik tərkibində bunun reyestrini tərtib edəcəyik. Potensial haqqında danışaq. 27 GW quruda və küləkdə 135GW sürət var. Bu araşdırmalar hələ də davam edir. Quru potensial daha çox günəş enerjisi potensialı 23 günəş, 3 külək və 1 hidro potensialı. Dünya Bankı bizə bu işdə dəstək olur ki, biz bu potensialı qiymətləndiririk. Yaşıl elektrik enerjisini Qara dənizin altı ilə Avropaya daşımağa imkan verəcək. Özbəkistanla sazişlər imzalanıb, enerji ötürülməsi haqqında razılığa gəlmişik. Təbii qaz, neft nəqliyyatı nəzərdə tutulur.
Bərpa olunan enerji sahəsinə investisiya planları var. Ötən il böyük bir günəş paneli layihəsi təsdiqlənib. Və hal-hazırda bu layihə həyata keçirilməkdədir. Bu yaşıl enerjiyə keçidə imkan verəcək. Davam edən layihələr barədə yaşıl gündəlikləmiz çox zəngindir. Biz bu layihələri çox yüksək nəticələrlə həyata keçirməyə çalışırıq. Biz layihələrimizi 2030-2050-ci illərə qədər həyata keçirməyi planlaşdırırıq