AZ

19 kursantımız Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin 19 kursantı Ankarada Jandarm Logistika Akademiyası Komandanlığının kurslarını müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar. Bu barədə SİA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Ankarada Jandarm Logistika Akademiyası Komandanlığında Təməl Kurslar Diplom Mərasimi təşkil olunub:

"Türkiyənin daxili işlər nazirinin müavini Məhmət Aktaş və Jandarm Qüvvələri komandanı Ordu generalı Arif Çətinin də iştirak etdiyi tədbirdə Azərbaycan Silahlı Qüvvələrindən 19 nəfər də 8 aylıq kursları müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar.

Həmin kursantların diplomlarını Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov təqdim edib.

Səfir məzun olan kursantları təbrik edərək onlara uğurlar diləyib".

Seçilən
152
10
sia.az

10Mənbələr