Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti keçirilir.
Musavat.com xəbər verir ki, bu gün- mayın 18-də “Bentley Hotel”də təşkil olunan Sammitə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətindən dövlət adamları, millət vəkilləri, elm və ictimaiyyət xadimləri qatılıblar. Tədbirdə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da iştirak edir.
Tədbirin rəsmi açılış mərasimi himnin səslənməsi və sayğı duruşu ilə başlayıb. Daha sonra Qərbi Azərbaycan haqqında sənədli qısa film təqdim olunub.
Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Şamil Ayrım bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi üzümüz, ailəmiz türk dünyasıdır. Üzümüzü türk dünyasına döndərdik:
"Bu gün də toplantının türk dünyasının qədim torpağı olan Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi son dərəcə önəmlidir".
Çıxış edən
Şamil Ayrım – Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq Qrupunun həmsədri
Tənzilə Rüstəmxanlı – Azərbaycan-Türkiyə Qadınları Cəmiyyətinin sədri
Özbəkistandakı səfirimiz Hüseyin Quliyev
Musavat.com