Musavat.com xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammitində I panel öz işinə başlayıb.
I Panelin moderatoru - Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Xalq şairi, yazıçı Sabir Rüstəmxanlıdır.
***
Saat: 10:00
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti keçirilir.
Musavat.com xəbər verir ki, bu gün- mayın 18-də “Bentley Hotel”də təşkil olunan Sammitə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətindən dövlət adamları, millət vəkilləri, elm və ictimaiyyət xadimləri qatılıblar. Tədbirdə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da iştirak edir.
Tədbirin rəsmi açılış mərasimi himnin səslənməsi və sayğı duruşu ilə başlayıb. Daha sonra Qərbi Azərbaycan haqqında sənədli qısa film təqdim olunub.
Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Şamil Ayrım bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi üzümüz, ailəmiz türk dünyasıdır. Üzümüzü türk dünyasına döndərdik:
"Bu gün də toplantının türk dünyasının qədim torpağı olan Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi son dərəcə önəmlidir".
Çıxış edən Azərbaycan-Türkiyə Qadınları Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, bu millətin davasına qolunu çırmalamış insanların könlündə sevgi olmasa, bu davaya girməzlər:
"Dünyaya hökm etmiş yenilməz, tək komutan, türk millətinin milli qəhrəmanı olan Əmir Teymurun məmləkətindən hər kəsə salam olsun. Biz Qərbi Azərbaycana, öz məmləkətimizə qayıdacağıq. Özbək qardaşlarımızın, bu salona gələn hər bir türk qardaşımın Azərbaycanın acısını, dərdini paylaşmasını görmək qürurvericidir”.
“Bizim özümüzün intellektual kapitalımız, gücümüz var. İntellektual kapitalı olan bir millətə heç bir yad qüvvə təsir edə bilməz. Buna gücləri yetməz”.
Musavat.com xəbər verir ki, bu fikirləri çıxışı zamanı Özbəkistan millət vəkili, parlamentin Ailə və Qadın komissiyasının rəhbəri Cəmilə Şərmuhammedova deyib.
O bildirib ki, Qarabağ yenidən əzəli sahiblərinə qayıtdı, düşmən tapdağında qalmadı:
“Çünki bu torpaqlar əzəldən Azərbaycanın olub. Bu torpaqlar uğrunda qan, can qoyulub. Heç kim işğal edə bilməz. Bu gün Türk dünyası olaraq biz bir yerdəyik. Bundan sonrakı nəsillər də bu ideyanı davam etdirəcəklər. Yaşasın Türk dünyası”.
Özbəkistan millət vəkili, parlamentin Ailə və Qadın komissiyasının rəhbəri Cəmilə Şərmuhammedova
Şamil Ayrım – Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq Qrupunun həmsədri
Tənzilə Rüstəmxanlı – Azərbaycan-Türkiyə Qadınları Cəmiyyətinin sədri
Özbəkistandakı səfirimiz Hüseyin Quliyev
Musavat.com