Gürcüstanın paytaxtı Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə qarşı etiraz aksiyaları bərpa edilib.
Bizim.Media xəbər verir ki, etirazçılar həmçinin hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının da bayrağına od vurublar.
Qeyd edək ki, Gürcüstanda bir neçə gündür hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz əlaməti olaraq aksiyalar başlayıb.
Qanun layihəsi may ayının 14-də parlamentin üçüncü oxunuşunda qəbul edilib. Buna etiraz olaraq isə bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoyduğunu açıqlayıb.
Bizim.Media