AZ

Tbilisidə etirazlar DAVAM EDİR: “Sayımız azdır, amma təslim olmuruq” - VİDEO 

Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsinin təsdiqlənməsinə qarşı etirazlar davam edir.

Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları hökumət binası qarşısına toplaşıblar.

Etirazçılar “Bizim sayımız azdır, amma təslim olmuruq” şüarları səsləndiriblər.

Qeyd edək ki, Gürcüstan parlamentində hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və dəsləklənib. Bundan sonra ölkədə etirazlar başlayıb.
 


Bizim.Media

Seçilən
157
6
bizim.media

10Mənbələr