PSJ-nin futbolçusu Usman Dembelenin Liqa 1-in 34-cü turunda “Mets”lə oyun günü Kilian Mbappe ilə birlikdə Kann Film Festivalına getməsi birmənalı qarşılanmayıb.
Publika.az xəbər verir ki, jurnalist Daniel Riolo Dembeleni kəskin tənqid edib və onun yayda klubdan ayrıla biləcəyini iddia edib.
“Çempionatın son oyunun gələndə bəzi futbolçular start heyətində olmaya bilər – niyə də olmasın – amma hələ tətildə deyillər.
Onlar mənə deyəcəklər ki, Mbappenin fikri bir neçə aydır ki, bu klubda deyil. Mbappe ilə bağlı vəziyyət xeyli müddətdir ki, aydındır və biz bunu yaxşı başa düşürük. Amma mən Usmane Dembelenin də bu yay getməsinə hazıram .
Çünki Luis Enrike daha onunla işləmək istəmir. Mbappenin istirahət etdiyini başa düşürük. Amma Dembelenin Kannda partilərə getməsi tamamilə anormaldır. Bu, Mbappe üçün də normal deyil, lakin onun bu münasibəti bir neçə aydır ki, davam edir.