AZ

İran qəzanın ilkin səbəbini rəsmi açıqladı: Güllə izi...

İran Silahlı Qüvvələrinin Baş Qərargahı göyərtəsində İran Prezidenti Seyid İbrahim Rəisinin də olduğu təyyarə qəzası ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.

 

Oxu24.com  xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, qəzaya uğrayan helikopterin gövdəsində güllə izlərinə rast gəlinməyib.

 

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin hamısı helikopter qəzasında həlak olub.

 

Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub. (report)

 

Türkiyədən gecə saatlarında dəhşətli xəbər gəldi: Ölənlər və xeyli yaralı var

 

 

Seçilən
144
50
oxu24.com

10Mənbələr