AZ

İran prezidentliyinə namizədlərin siyahısı nə vaxt açıqlanır?

İranda növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq.
 
Axar.az xəbər verir ki, bu barədə Tehran əyalətinin Seçki Qərargahının katibi Abbas Cohari məlumat verib.
 
"Namizədlərin qeydiyyatı mayın 30-da başlayacaq və 5 gün davam edəcək", - İran rəsmisi bildirib.
 
Növbədənkənar prezident seçkiləri 28 iyuna təyin edilib.
 
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Seçilən
190
50
moderator.az

10Mənbələr