Almaniya Kansleri Olaf Şolts hərbi vasitələrlə Ukraynaya dəstəyi davam etdirəcəklərini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Lazım olduğu müddətdə dəstək verəcəyik. Amma hər bir qərarı diqqətlə ölçmək lazımdır", - kansler deyib.
Şolts növbəti dəfə Almaniyanın Kiyevə uzaqmənzilli “Taurus” raketləri verə bilməməsinin səbəbini açıqlayıb:
"Bizim məsuliyyətimimiz var: biz Ukraynanın müdafiə mübarizəsini dəstəkləyirik, lakin Rusiya ilə NATO arasında müharibənin eskalasiyasına imkan verməyəcəyik. Bu baş verərsə, təkcə Avropada yox, bütün dünyada nələrin baş verəcəyini ancaq təsəvvür etmək olar”.
Müəllif: Teleqraf.com