Almaniya Kansleri Olaf Şolts hərbi vasitələrlə Ukraynaya dəstəyi davam etdirəcəklərini bildirib.
Bu barədə TASS məlumat yayıb.
“Lazım olduğu müddətdə dəstək verəcəyik. Amma hər bir qərarı diqqətlə ölçmək lazımdır", - kansler deyib.
Şolts növbəti dəfə Almaniyanın Kiyevə uzaqmənzilli “Taurus” raketləri verə bilməməsinin səbəbini açıqlayıb:
"Bizim məsuliyyətimiz var: biz Ukraynanın müdafiə mübarizəsini dəstəkləyirik, lakin Rusiya ilə NATO arasında müharibənin eskalasiyasına imkan verməyəcəyik. Bu baş verərsə, təkcə Avropada yox, bütün dünyada nələrin baş verəcəyini ancaq təsəvvür etmək olar”.
"Cebhe.info"