AZ

Misir Qəzzada danışıqları bərpa etməyə çalışır

Misir hakimiyyəti HƏMAS hərəkatı ilə İsrail nümayəndələri arasında Qəzza zolağındakı vəziyyətin həlli ilə bağlı dolayı danışıqları bərpa etmək üçün bütün tərəflərlə işləyir.
 
Moderator.az Axar.az - a istinadən xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
 
“Qahirə atəşkəslə bağlı dialoqun bərpası və İsrail həbsxanalarında məhbus olan fələstinlilər üçün girovların dəyişdirilməsi səylərini davam etdirir. Misir nümayəndələri Qəzzada sakitliyi bərpa etmək üçün bütün tərəflərlə intensiv məsləhətləşmələr aparırlar”, - məlumatda bildirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
25
moderator.az

10Mənbələr