Mayın 19-da qəzaya uğrayan İran prezidenti İbrahim Rəisini daşıyan helikopterdə Rusiya vətəndaşı olan Kruçev soyadlı müəmmalı şəxs olub.Onun İranın nüvə proqramı ilə birbaşa əlaqəsi ola bilər.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə "İnformasiya müqaviməti" qrupunun hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko özünün “Facebook” profilində məlumat çatdırıb.
“Helikopterin göyərtəsində İran nümayəndələrindən başqa, demək olar ki, heç kimin adını çəkmədiyi daha bir əcnəbi olub: Rusiya Federasiyasının vətəndaşı olan Kruçev”, - deyə analitik qeyd edib. Onun sözlərinə görə, "Bell-214" helikopterinin bu doqquzuncu ölən sərnişini haqqında yalnız bəzi İran KİV-ləri, eləcə də bir neçə xarici KİV, xüsusən də Gürcüstanın “Business Media” internet nəşri və Hindistanın “Lokmat Times” qəzeti məlumat yayıb.
Eyni zamanda, bir dənə də olsun Rusiya KİV-i İran helikopterinin göyərtəsində olan rusiyalı haqqında məlumat verməyib. Kovalenko qeyd edib ki, fəlakətdən sonra
“Rusiya daha aktivləşib”. Belə ki, İranın Moskvadakı səfiri "İRNA"- ya bildirib ki, Rusiya prezidenti Vladimir Putin mayın 19-da axşam saatlarında onunla görüş keçirib və görüşdə müdafiə naziri Andrey Belousov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov, Prezidentin müşaviri İqor Levitin, Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov və səfirin adını çəkmədiyi "FSB" rəsmilərindən biri də iştirak edib.
S.Laçın