Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova hərbi əsirlərin saxlanması və itkin düşənlərin axtarışı ilə bağlı ukraynalı həmkarı Dmitri Lubinetslə daimi əlaqə saxlayır.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Ombudsman bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşündə danışıb.
“Biz Ukraynanın məhbuslar üzrə ombudsmanı ilə dialoqu davam etdiririk, itkin düşənlərin siyahılarını mübadilə edirik. İndiyə qədər 100-dən çox insanın taleyini müəyyənləşdirməyə və onlara kömək etməyə nail olmuşuq”.
Moskalkova Putinə məruzə edib ki, razılaşmaya görə, o, Rusiya ərazisindəki Ukrayna hərbçilərinə, Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili isə rus hərbi əsirlərinə baş çəkir. Ombudsman daha sonra bildirib ki, razılaşmaya əsasən ötən ildən qarşılıqlı olaraq məhbuslara evdən əşyaların və bağlamaların verilməsi həyata keçirilir.
Orxan
KONKRET.az