Helsinki hərbi dəstəyinin bir hissəsi olaraq Kiyevə sınaqdan keçirilməmiş ən son silahlarını bağışlayıb.
"Unikal" xəbər verir ki, bu barədə “Yle” nəşri Finlandiya Müdafiə Qüvvələrinin hərbi iqtisadiyyat şöbəsinin rəisi Mikko Heyskanenə istinadən məlumat yayıb.
Heyskanenin sözlərinə görə, anbarlarda olan köhnə müdafiə avadanlığı ilə yanaşı, bəziləri hələ inkişaf mərhələsində olan Finlandiya müdafiə sənayesinin “son yenilikləri” də Kiyevə ixrac olunur.
Bundan əlavə, o qeyd edib ki, Kiyevin nümayəndələri təhvil verilən silahlarla bağlı “çox müsbət” danışıblar.
Mikko Heyskanen əlavə edib ki, Finlandiya Müdafiə Qüvvələrinin ölkənin Finlandiyanın özəl müdafiə şirkətləri ilə birgə yaratdığı istehsal ehtiyatları Kiyev rejiminə kömək üçün istifadə oluna bilər.
Gülayə Mecid