İranın "Mehr" xəbər agentliyinin məlumatına görə, Hindistanın baş naziri Narendra Modi bildirib ki, İran və Hindistan ikitərəfli münasibətləri genişləndirmək və regional sülh, təhlükəsizlik və rifahı gücləndirmək üçün birgə işləməyə davam edəcəklər.
Oxu24.com xəbər verir ki, hazırda İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber Hindistanın baş naziri Narendra Modiyə göndərdiyi mesajda dövlətlər arasında dostluq əlaqələrinin daha da genişləndirilməsinə çağırıb.
Moxber Modinin partiyasını Hindistanda keçirilən ümumi seçkilərdə qazandığı ikiqat qələbəyə görə təbrik edib. O, vurğulayıb ki, Modinin rəhbərliyi ilə Hindistan İran İslam Respublikasının əsas tərəfdaşlarından birinə çevrilib.
Moxber həmçinin bildirib ki, iki dövlətin qətiyyəti sayəsində Tehran və Dehli münasibətlərin daha da yaxşılaşmasının şahidi olacaqlar. Modi də öz növbəsində Moxberə məktub göndərib və təbrik mesajına görə təşəkkür edib. Onun sözlərinə görə, İran və Hindistan ikitərəfli əlaqələrin genişləndirilməsi və regional sülh, təhlükəsizlik və rifahın möhkəmləndirilməsi istiqamətində birgə işi davam etdirəcəklər.
Mənbə: İrna.ru
Yeganə