Tehran İranın Təyyarə İstehsalat Sənayesi Şirkətində (HESA) yığılmış “Simurq” nəqliyyat təyyarəsini sınaqdan keçirib.
Oxu24.com xəbər verir ki, bu barədə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Məhəmməd Aştiani bildirib.
"Bu təyyarənin sınaqları İranın Mülki Aviasiya Təşkilatının dəstəyi ilə həyata keçirilir, bundan sonra "Simurq" təyyarəsi ölkənin aviasiya parkına qoşulacaq", - deyə Aştiani vurğulayıb.
O, qeyd edib ki, hazırda bu modelin ikinci təyyarəsinin yığılması aparılır. Onun sözlərinə görə, “Simurq”un yaradılması problemini Müdafiə Nazirliyinin qarşısına mərhum prezident İbrahim Rəisi qoyub. Aştiani qeyd edib ki, təyyarənin hissələrinin bir hissəsi İranda istehsal olunur, digər hissəsini təmin etmək üçün Tehran bir sıra xarici ölkələrlə əməkdaşlıq edir.
İRNA agentliyinin məlumatına görə, turbovintli mühərrikə malik “Simurq” taktiki nəqliyyat təyyarəsi saatda 530 kilometr sürət təmin edə bilir, o, 6 tona qədər yük daşımaq üçün nəzərdə tutulub.
Yeganə
Mənbə: İrna.ir