AZ

Belarus-AB sərhədində böyük tıxac yarandı

Belarus-Avropa Birliyi sərhədində 2 minə yaxın yük maşını gözləyir. Manset.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin məlumatında bildirilib.Məlumata görə, ən ağır vəziyyət Litva istiqamətindədir: “Kotlovka”da 110, “Kamennıy Loq”da 700, “Benyakoni”də 630, “Privalka”da 200 nəqliyyat vasitəsi tıxac yaradıb.Latviya istiqamətində bir keçid məntəqəsi var və “Qriqorovşina”da yola düşmək üçün 230 yük maşını gözləyir.

Belarus-Polşa sərhədində isə 40 avtomobil sərhəddən keçməyi gözləyir.

Seçilən
436
8
manset.az

10Mənbələr