“Rusiyanın Xankəndində konsulluq açması, Rusiyanın Qarabağ məsələsinin bağlandığını bütün dünyaya aydın şəkildə bildirməsini təsdiqləyir. Rusiyanın Xankəndində konsulluq açması çox hallarda simvolik addımdır”.
Bu fikirləri rusiyalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Aleksey Naumov Ednews-a eksklüziv müsahibəsində zamanı deyib.
Politoloqun sözlərinə görə, bizim diplomatik sahədə, bir riyaziyyatımız var. Azərbaycanın Rusiyada üç konsulluğu var, Rusiyanın isə Azərbaycanda konsulluğu yoxdur. Xankəndində konsulluğun açılması bu vəziyyəti bir qədər düzəldəcəkdir: “İkinci məqam isə şübhəsiz ki, bəzi məlumatlara görə, Rusiyada bir milyona yaxın Azərbaycan vətəndaşı var ki, onların Rusiya pasportları var. Bu, onlar üçün faydalı ola bilər. Üçüncü səbəb də simvolik səbəb hesab edilir. Məsələn, biz çox uzun müddət müzakirə edirik ki, hansı ölkələr Qüdsü İsrailin paytaxtı kimi tanıyır. Rusiya Azərbaycan Respublikası ilə razılaşma əsasında Xankəndində Rusiya konsulluğunu açır. Yəni, Azərbaycan bu mənada Rusiyanı Xankəndinə, öz şəhərinə dəvət edir. Məncə, bu, Rusiya və Azərbaycanın münasibətlərinin yaxşılaşması çərçivəsində vacib addımdır. Bu münasibətlər son 30 ildə ən yaxşı səviyyədədir ki, biz bunu yalnız alqışlaya bilərik”, - deyə politoloq müsahibəsini yekunlaşdırıb.
Ətraflı video-müsahibədən izləyə bilərsiniz.
Fuad Abbasov
Tərcümə: Aygün Carçıyeva