AZ

“Evli bir insanla danışmamışam” - FOTO

İnfluenser Şəms Allahverdiyeva (shamsall_) diqqət çəkən paylaşım edib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, bloger haqqında yanlış məlumat yayan şəxslə bağlı sosial media hesabında yazıb.

"Bir qadın gedib orada-burada danışıb ki, guya, mən bunun ərini əlindən almışam. Onun əri mənə nələrsə albmış və s. Şükür Allaha, mənim alnım açıq, başım dikdir. Heç kim gəlib Şəmsə nəsə etmişəm deyə bilməz. Mənim əsəblərimi oynatmayın. Özü də qız uşağı böyüdür, qız anasıdır. Vicdan yaxşı şeydir. Bir qıza şər atanda, haqqında danışanda öz qızın gözünün qabağına gəlsin, ay vicdansız, ay qansız. Bu söhbəti mən bir dəfə eşitdim. Yığdım, dedim özünü yığışdır. Bir də xəbərdarlıq edirəm. Bir dəfə də eşitsəm, heç kim məndən inciməsin. İkinizin də şəklini yan-yana yapşdırıb paylaşmasam, məndən şərəfsizi yoxdur. Özünü yığışdır. Ağıllı ol. Get həyatını yaşa.

Söhbət iki il əvvəl olub. Hələ də orada-burada haqqımda danışır. Mənə gecə saat 2-də gəlib çatıb. Neçə saatdır, əsəbdən yata bilmirəm. Bu günə kimi evli bir insanla danışmamışam. Münasibətim olan insan da subay olub. Onun dediyi ərəfələrdə də subay bir insanla münasibətim var idi. Mən Allahı olan insanam. Məni başqaları ilə səhv salmayın. Kiminsə ailəsini dağıdacaq insan deyiləm. Və mövzuya aid olduğu üçün yazıram. Bunlar mənim fikirlərimdir, kimsə razılaşmaya bilər. Ən böyük günah kişilərdədir. Evli ola-ola subay qızlara girişirlər. Hətta özlərini subay kimi aparırlar. Üstü açılanda da "Boşanacam", "Ayrı qalırıq" kimi vədlər verirlər. Sonra da hansısa qızı bədbəxt edirlər. Qızlar, heç bir kişiyə inanmayın. Dövr şərəfsizlər dövrüdür", - deyə, o, bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
156
50
milli.az

10Mənbələr